Kayıtlar

Aralık, 2013 tarihine ait yayınlar gösteriliyor

İlk və son cümlələr. . .

"Puzzle" kitabımdan bir hisssə Saat beş idi. Günəşin istisi Bakını nəhəng ağ balığın ləvəngisi kimi  qovururdu. İstidən mən də o balığın içindəki içlik kimi bişirdim. İki litrlik Koka Kolanın mayesindən çox qazı ilə qarnımı doldurmuşdum. Kondisionerin dünyam qədər kiçik olan otağımı sərinlətmək üçün Günəşin istisi ilə girdiyi mübarizədə cırmaq – cırmaq davam gətirməkdə idi. Bir şeylə məşğul olmalıydım. Nəyləsə başımı qatmalıydım. Yoxsa bu tənhalıq sözün əsl mənasında dözülməz hal alırdı. Vaxtsa toz hissəcikləri kimi havada uçuşurdu; əl atıram, əlimin yelinə yenidən havalanır və heç cürə yerə qonmaq bilmirdilər. Yeganə vaxt ovçusu kitablar idi. Birdən ağlıma gəldiki o evdən gələrkən özümlə kitablarımı da gətirmişəm və kitablar hələ də ortalıqdaydı; onları hara yerləşdirəcəm deyə, dərd götürmüşdü. Ağlıma şefoner gəldi, rəfləri olan  dolab hissəsini açdım, bura kitab düzmək üçün ideal yer idi: ən azından üst – üstə bütün kitablarımı yerləşdirə bilərəm. O da olmasa yerdə qa

KOR EDƏN "KORLUQ"

Resim
Haqqında çox təsadüfən duymuşdum. Yeni kitab almaq və ya internetdən yeni kitab yükləmək istərkən məlumat almaq üçün ən çox istinad etdiyim www.antoloji.com saytında növbəti keçidlərin birində bu haqqında məlumat oxudum. Nəsə adı məni özünə cəlb etdi. Həm də Portuqaliya və dolaysıyla bu dildə yazılan ədəbiyyatı izləyən birisi kimi bu kitab haqqında daha ətraflı məlumat toplamaq üçün təbii ki, www.wikipedia.org saytına da baş vurdum. Kitab haqqında oqədər söz deyilirdi ki, o kitabı almaq və dərhal oxumaq istəyi məndə vəhşicəsinə baş qaldırdı.

Mən səni

Mən səni gözləyirəm arzularımı gözləyən tək. Mənə lazımdır dərman kimi sənin isti əllərin. Mən səni gözləyirəm yetim uşaq anasını gözləyən tək. Sən mənə lazımsan torpağa su lazım olduğu kimi. Səni sevirəm iynənin ucu boyda, səni sevirəm duzun dənəsi boyda, əncirin toxumu boyda. Pəncərəmin qarşısındakı dibçəkdəki ətirşahım sənsən.

QADINIMA HƏSR EDİREM

evliliyimizin il dönümüne BOŞUNA YAĞIR YAĞIŞ, BOŞUNA YAĞIR,  ALTINDA BİRGƏ İSLANMASAQ. BOŞUNA DALĞALANIR DƏNİZ, ÇIRPINIR BOŞUNA SAHİLİNƏ, O SAHİLDƏ Kİ, BİRGƏ OTURUB DƏNİZİ SEYR ETMƏSƏK. BOŞUNADIR YAYIN İSTİSİ ÜŞÜYƏRƏM YENƏ O GÜNƏŞİN ALTINDA Kİ,  SƏNİNLƏ BİRGƏ OLMASAQ BOŞUNA UZANIR YOLLAR, BOŞUNA AYAQLAR ALTINA SƏRİLİR YOLLAR O YOLLARDA Kİ, BİRGƏ YÜRÜMƏSƏK BOŞUNA UZUN UZADI ÖMÜR YAŞAMAK O ÖMRÜ Kİ, BİRGƏ YAŞAMASAQ. MƏNİM ÜÇÜN QOCALMAQ BELƏ BOŞUNA BİR YERDƏKİ QOCALMASAQ. SƏNİN FƏRHADIN 06.07.12

Qocanın ölümü

Resim
Əlindəki çörəyi didib, qarşısında ön ayaqları üstə uzanmış itə atırdı. İtsə iştəhasız çörəyi ağzına alır, taqətdən düşmüş çənəsiylə asta – asta çeynəyirdi. Sanki: “Bezmişəm eyni şey yeməkdən” – baxışıyla, jestləriylə elə hey deyinirdi it. “Olanım budur, o da öz payımdır sənə verirəm” – deyirdi qoca. * * * Daxmasının qapsını açır. Daxil olur içəri. Yaşlı, tükləri tökülmüş, arıq, vecsiz it sürünə - sürünə keçir öz yerinə. Qoca yenə də aramla, səssiz – səmirsiz bağlayır qapını. “Çıq – çıq, çaq – çuq” – açarın səsi pozur sükutu. Dəhliz girişində, qapı qarşısındakı aynaya baxır qoca; bir özünü görür, bir də ölümü. Heç birini də vecinə almır; “Bu kasıb daxmama xoş gəlmisən” – deyir, ölümü içəri dəvət edir. Ayaqqabılarını soyunub, evin kif qoxuyan, baş çartladan mundar qoxusunu sevə - sevə cigərlərinə çəkir. Doğma gəlir ona bu iy; doymayır; bir də, bir də dərindən nəfəs alır, qoxlayır doğma qoxusunu. Mətbəxə keçir, yandırır qazı; qaz çox zəifdir, güclə sezilir. Sonrasa əyilib, doda

Lavanda Ətri

Resim
“Sənə deyəcəyim var.” “Mənim də.” “Nə?” “Sən de.” “Yox sən de.” “Birinci sən söz açdın. Sən deməlisən.” “Onda gəl, püşk ataq. . .” “Smen – şe – vo edək.” “Nə?” “Biz uşaq olanda belə mübahisəli məsələlərdə smen – şe – vo edirdik.” “Xi xi xa xa. . . onu necə edirdiniz?” “Yumruğumuzu sıxıb, smen – şe – vo deyib, ürəyindən keçən sayda barmaqlarını açıb, bir rəqəm göstərirsən.” – bütün bunları izah etdikcə əli ilə göstərirdi – “əvvəlcədən razılaşdırılmış şəkildə azdan, ya da çoxdan sayırsan. . .” “Necə ki, azdan, ya da çoxdan?” “Yəni əvvəlcədən razılaşsaq ki, azdan sayırıq, o zaman kim əli ilə az rəqəmi tutubsa ondan da saymağa başlayırıq, yox, əgər çoxdan demişiksə onda çox tutandan başlayırıq. Sonuncu rəqəm kimdə qalsa o udur. Yəni birinci o nə demək istədiyini deyəcək.” “Həəəə, başa düşdüm. Onda başlayaq.” “Azdan saydı, ya çoxdan saydı?” “Azdan saydı olsun. Mən həmişə azların tərəfindəyəm, bunu özün də bilirsən.” “Olsun azdansaydı. Smen – şe – vo

Birisi 100 dollar gizlətdi vay sarmaşıqın halına

Resim
     Rus kanallarının birində yayımlanan çox orijinal strukturu olan səyahət verlişlərindən biri   «Орел и решка» (men özüm də bu programı bəyənirəm və demək olar ki, hər buraxılışına baxıram. Ancaq insanı yaman depressiyaya, kompleksə salır, her halda kasıblar üçün bu belədir) proqramının Bakıya həsr edilmiş buraxılışının sonunda bütün şəhərlərdə olduğu kimi, şərab şüşəsinin içinə 100 ABŞ dolları əskinazı yerləşdirib bir yerdə gizlədirlər. Kim tapsa pul onun halal xoşu.     Hər səfəri verlişin sonunda pulu gizlədəndə sizdən nə gizlədim ağlıma o gəlirdi ki, Bakıya da gəlsəydilər, mən də gedib o pulu götürərdim. Söhbət 100 dollardan getmir, onu tapmaq ləzzətindən gedir. Həm də niyə yekəxana danışım ki, 100 dollar da az deyil axı.       Arzuma çatdım.      Amma qismən      http://www.1news.az/bomond/bomaz/20131216095937999.html     Şəkildə də göründüyü kimi qardaş məndən qabağa düşmüşdü.    Verlişin sonunda aparıcı şad xəbəri elan elədi: pulu şüşəyə qoydu və bulvar

Əgər geri dönsəm. . .

Əgər geri dönsəm, bir də başa dönmərəm. Dilsiz ağızsız daşa dönərəm, başa dönmərəm. Ovçuya şikar olan quşa dönərəm, başa dönmərəm. Qoca qarı dilində səslənən qarğışa dönərəm, başa dönmərəm. Buludlardan süzülüb, torpağa hopan yağışa dönərəm, başa dönmərəm. Yaşlı baba dodaqları arasında mızıldanan alqışa dönərəm, başa dönmərəm. Yazılaram, cırılıb, zibilliyə atılaram, varaq olaram qoşa – qoşa, başa dönmərəm.  Dönərəm, bu dünyaya, dönərəm yenə bu həyata, ölüm nə ki, ölümü də aşaram, yaşamağa dönərəm. Amma bir də başa dönmərəm.  Dönərəmsə yenə də o son günə dönərəm. Son günü yaşayıb, yenidən ölərəm. Ölərəm, yenidən geri dönərəm, Amma, başa dönmərəm. Hər dönüşümdə yenilənərəm. Amma başa dönmərəm.

Dünyaya rişxənd

Xi – xi. . . Xa – xa. . . Hi. . . Hi . . .                  Ha . . .ha. . . D    Ü        N           Y               A                  Y                     A

Yalquzaq

Düzənliyin sükutunu ac – yalavac canavar sürüsünün hərdən son taqətlərini cəmləyib, ulamaqları pozurdu. Qobustan çöllüyünün, tozanaq havası və suyun olmaması canavarlara qida tapmaları üçün əjdadlarının məskən saldıqları bu çöllüyü tərk etməyə məcbur edirdi, amma hara. Əhali tikə - tikə bu susuz, boş, ilan mələyən düzənliklərə də sahiblənmişdilər: düzənliklərin əsl sahiblərisə indi ac – susuz çöllükləri sülənir, özlərinə qida tapmaq ümidindəydilər. Hərdən bir boz buludlarla kölgələnən düzənlərin balaca sakinləri torpağın altında qazdıqları yuvalardan çıxır, yalquzaqların küləklə yayılan iyrənc iyini duyan kimi burunlarını yenidən torpağın altına soxurdular: hər halda isti torpağın altı az da olsa keçən qışdan qalan nəmliyi qoruyub saxlaya bilmişdi; busa siçovullara bəs edirdi. Qidalarını da torpaqdan çıxardırdılar: yovşanın ətirli və xeyli şirəli köklərini yeyir, həm qarınlarını doydurur, həm də su ehtiyatlarını ödəyirdilər. Yalquzaqlarsa çox qürurlu idilər; onlar hərdən torpağın al

Elan

Resim
Elan VİCDAN SATİLİR Satilir : VİCDAN Kimdən: Sahibindən. Qiyməti razılaşma yolu ilə. Qarantiya verilmir, geri qaytarılmır. Ehtiyacım olmadığı üçün satıram. Əlaqə tel: 666 XX XX