Kayıtlar

Temmuz, 2015 tarihine ait yayınlar gösteriliyor
Resim
SEVGİLİ...       Toni Morisson haqqınnda ilk dəfə beş il bundan öncə duymuşdum. O vaxt nişanlı olduğum indiki həyat yoldaşım müəllifin ingiliscədən "Ən mavi gözlər" kitabını oxumuşdu. Ağız dolusu mənə Toni Morissonun bu əsəri haqqında məruzə oxuduğu da yadımdadır. Hətta magistr olduğu universitetdə Toni Morisson yaradıcılığına həsr etdiyi yüksək səviyyədə hazırladığı araşdırma əhəmiyyətli təqdimat da keçirtmişdi. Sonra mən də həvəsə gəlib normal olan ingilis dili səviyyəmlə dediyi əsəri originaldan oxumağa cəhd etdim. Elə bir neçə səhifədən yarımçıq qoydum. Alışdığım, oxuduğum normal ingilis dilindən tamam fərqli idi. Sonra bildim ki, afro- merikan mənşəli yazıçının bu əsəri həm amerikan ingilis dilində, həm də afro - amerikan mənşəli sözlərlə bol ləhcədə yazıb. Bu kitabı oxumaq üçün ingiliscən yüksək səviyyədə olması gərək idi. Azərbaycancası isə təəssüf ki, yox idi. Yenə də çox sonrala, yəni mən Toni Morissonun adını ilk dəfə eşidəndən çox sonra, artıq evlənmişdim, övlad