Kayıtlar

Kasım, 2017 tarihine ait yayınlar gösteriliyor
Resim
HƏRKƏSİN BİR ÖLÜM MƏLƏYİ VAR Ölümlə üz-üzə gəlmə haqqımı kifayət qədər istifadə etdiyimdən, bu son dedim; yəqin ki, sonuncu cəhdimdir, bir daha bu haqq mənə verilməyəcək. Düzdür ölümlə burun-buruna dayanmışkən sən ondan qorxursan, anları belə zaman hesabına qatırsan, ölümün sənin gözlərinə dik baxa-baxa sənin ona qalib gəlməyinə göz yuma-yuma nəfəsi nəfəsinə dəyib, saçının uclarına belə toxunmadan səndən yan ötür və sən onun arxasınca belə boylanmadan “mən ölümə qalib gəldim” – deyirsən, içində bunun yalan olduğunu bilirsən, bilirsən ki, ölüm səndən sadəcə yan keçdi, amma, bu yalanı mütləq uydurursan; öz yalanınla fəxr edirsən. Mən ümumiyyətlə özümü ölümün övadı adlandırıram: o mənim anamdır, mən də onun övadı; ancaq analar öz övladına qıymaz; hirslənər, acıqlanar, səbrinin son həddini  belə keçər, lakin, yenə də övladının canına qıymaz. Mənimlə ölüm arasındakı münasibət də bax belədir; o mənə qıymır. Hər səfəri məni danlayıb yanımdan ötüb keçir, daha doğrusu məni tərbiyə edir,
Resim
Maşita xatun Həzrəti Muhamməd Meracdaykən səmada gözəl bir ətir yayıldı. Cənnətin bütün vadilərinə yayılmışdı bu ətir; doymadan dərin-dərin nəfəs alarak ətri cigərlərinə çəkirdi; doymurdu; ətrin sehrinə qapılmışdı. Muhəmməd ona cənnətin vadilərini gəzdirən Cəbrayıldan soruşdu: “Ey Allahın mələyi, Ya Cəbrayıl! Bu nə gözəl ətirdir elə, bütün cənnət vadilərini bürüyüb? Hansı çiçəyin, hansı ağacın ətridir?” Bu ətir Maşita və övladlarının ətridir Ey Allahın Rəsulu!” “Kimdir bu mübarək insanlar ki, onların ətri ilə rahiləndirilib bütün cənnət?!”