Maşita xatun


Həzrəti Muhamməd Meracdaykən səmada gözəl bir ətir yayıldı. Cənnətin bütün vadilərinə yayılmışdı bu ətir; doymadan dərin-dərin nəfəs alarak ətri cigərlərinə çəkirdi; doymurdu; ətrin sehrinə qapılmışdı. Muhəmməd ona cənnətin vadilərini gəzdirən Cəbrayıldan soruşdu: “Ey Allahın mələyi, Ya Cəbrayıl! Bu nə gözəl ətirdir elə, bütün cənnət vadilərini bürüyüb? Hansı çiçəyin, hansı ağacın ətridir?”
Bu ətir Maşita və övladlarının ətridir Ey Allahın Rəsulu!”
“Kimdir bu mübarək insanlar ki, onların ətri ilə rahiləndirilib bütün cənnət?!”

“Ya Rəsulallah, Maşita və övladları Allahın əbədiyyən cənnətlə mkafatlandırdığı bəndələridir. Maşita zalım Fironun qızlarının xidmətçisi idi. Onları, çimizdirər, ətirləndirər, qulluq edər, saçlarını darayardı. Maşita kafir firounun sarayında çalışsa da Musanın elçiliyini və Allahın təkliyi qəbul etmiş, iman etmişdi. “Allahdan başqa ilah yoxdur, Musa da onun elçisidir” – hər dəfəsində zikr edərək Allahını anırdı. Amma, firoundan xəlvəti olaraq öz imanına və Allahına sığınmışdı. Adi günlərdən biri idi; Maşita firounun əzizgiram qızını hamamda çimizdirir və saçlarını qızıl daraqla darayırdı. Birdən daraq əlindən düşdü və əyilib darağı yerdən almaq istədikdə “Ya tək olan Allah!” dedi. Ürəyindən heç əksik etmədiyi kəlmeyi şəhadətini istəməyərək bu dəfə dilinə gətirmişdi, əslində isə o kəlmeyi-şəhadət Allah ona dedirtmişdi. Allah sevdiyi bəndələrini sınağa çəkər. Fironun qızı Maşitanın “İlah olan Firounun adı ilə” deməyib də, Musanın Allahının adını anmasını eşidən kimi, Maşitaya bağıraraq: “Sən kim olursan ki, tək ilah olan Atam Firon olan yerdə Musanın Allahının adını dilinə gətirirsən? Hər halda Allah dediyin Musanın Allahı yox, mənim atam Fironu nəzərdə tutursan?”
Maşita susur. Yalan da deyə bilməz. İçindəki iman ona qurtuluş üçün belə olsa yalan deməyə imkan verməz. Sonu ölüm və iztirab olacağını bilsə də firon qızının dediyini təsdiq edə bilməz. Susur və cavab vermir. Firon qızı daha da coşur, bağırır, Maşitanı vurur, “De, tək olan İlah ulu Firondur!” Maşita susur. Ürəyindən bir an olsun Allahını zikr etmyi durdurmur. Firon qızının zərbələri artıqda Maşita “Tək olan Allah Musanın Allahıdır, ondan başqa İlah yoxdur!” və bu son olur. Firon qızı digər xadimələrinin yardımı ilə geyinir, iti addımlarla bir başa atasının hüzuruna gedir. Olanları Özünü Allah elan etmiş atasına danışır. Firon bunu duyar-dumaz hirsindən bağıraraq, bütün mühafizlərinə Maşitanı həbs edib hüzuruna gətirməsini əmr edir. Fironun ən sadiq vəzirlərindən olan Maşitanın əri də fironun hüzuruna çağrılır. Nə baş verdiyindən xəbərsiz, niyə çağrıldığından duyarsız halda ilah sandığı hökümdarının hüzuruna üzünü yerə sürtə-sürtə daxil olur. Bu arada mühafizlər Maşitanın ələrini, ayaqlarını zəncirləyib sürüyərək fironun hüzuruna gətirirlər. Firon Maşitanın qarşısına gəlir. Onu yerdən dikəldirlər, gözlərinin içinə baxaraq: “Ey Maşita, ey canı əlimdə olan qulum, qızımın dedikləri düzdürmü?” – soruşdu.
Maşita tərəddütsüz, heç bir iman qırıqlığı yaşamadan: “Allah təkdir və ondan başqa ilah yoxdur.” – dedi.
“Aparın bu məlunu meydan divarından əlləri, qolları zəncirli asın!”
Maşitanı sürüyüb, şəhər meydanına çıxardırlar. Əllərindən və ayaqlarından meydandakı divara bağlayırlar. Bütün şəhər əhli örk olsun deyə meydana çağrılır. Firon da meydana gəlir. Maşitanın önündə dayanıb təkrarən soruşur.
“De, Məndən başqa ilah yoxdur. Mənəm bütün aləmlərin rəbbi!”
“Allahdan başqa ilah yoxdur, bütün aləmlərin rəbbi odur!” – Maşita imanından dönmür. Firon bunu eşitcək bir tək həmlə ilə yaxınlığında dayanmış vəzirlərin arasında hər an ölümünü gözlədiyi xəzinə vəziri Maşitanın ərinin çiyni üstündəki başını yerə dığırladır. Maşita bağırır, ağlayır, iztirab və əzab içindədir. Kaş ki, məni öldürəydin deyir. Amma, bu harasıdır. Ölümdən də betəri qabaqdadır.
“Maşita, ya sən mənim ilah olduğumu qəbul edib, Musaya və onun allahına küfr edəcəsən, ya da gözünün önündə balalarını doğrayacam.”
“Deyil balalarımı, bütün dünyanı da mənə bəxş etsən mən yenə də dediyimdən dönmərəm”
“Gətirin bu ləçərin qızını!” – Fironun bir hükmü ilə Maşitanın beş yaşlı qızını gətirirlər. Maşitaya və onun kimi düşünəcən olan hər kəsə dərs olsun deyə Firon öz əlləri ilə indi bütün cənnətə ətri yayılmış o gözəlim körpəni tikə-tikə hissələrə ayırır. Heç vicdan və Allah qorxusunu hiss etmədən. Maşita bayılıb, Maşita bağırmaqdan və çığırmaqdan hüşünü, gücünü tükndirib, lakin, imanının üstünə iman gəlir. Bu arada Şeytan boş dayanmır, onun sol çiyini üstündə oturub, qulağına pıçıldayır: “Musanı və Allahını inkar et, səni və hələ də sağ qalan digər körpəni xilas etmiş olarsan”
Bu əsnada Maşitanın beş aylıq körpəsini Fironun qollarına verirlər. Firon altın və daş-qaş işləməli xəncərini körpənin boynuna dirəyib sonuncu dəfə soruşur: “Kimdir sənin İlahın? Mən, yoxsa Musanın Allahı?”
Maşia çığıran körpəsinə baxır, əl boyda, qol boya, müdafiəsiz körpəsinə. Dözmür ürəyi, analıq hissi ona ağırlıq edir. Çiynindəki Şeytan da əl çəkmir ondan, artıq istəyinə çatdığını düşünərək sevinir, əlllərini bir-birinə sürtür, “qalib gəldim” düşünür. Və o möcüzə gerçəkləşir. Körpə dilə gəlir və “Allahdan başqa ilah yoxdur!” – Fironun boğazında olan xıncəri tük nəzikliyində olan boynunun ətindən içəri keçir, ilk zərbədəcə körpənin başı bədənindən ayrılır, amma, körpə susmur “Bütün aləmlərin Rəbbi tək olan Allahdır” Firon kəsilmiş, lakin susmayan başı susdurmaq üçün ayaqlarının altına alır və əzik-əzik edir, körpənin bədənini dırnağı boyda tikələrə ayırır.
“Atın bü üçünü də qızğın atəşlərə, bu məlun, kafiri də diri-diri yandırın, bu tikələri də külü qalmayacaq qədər yandırın.”

Maşita dilindən həmdullahını, Allahın adını əksik etmir, artıq tirəcək və qorxacaq heç nəyi də yoxdur. Sevinir, Allahına və balalarına cənnətdə qovuşacağı üçün. Fironun tikə-tikə doğradığı körpələrin cəsədlərini və Maşitanı diri-diri qızğın atəşlərə atırlar. Onlar cayır-cayır yandıqca bu duyduğun, hiss etdiyin qoxu bütün ətrafa yayılır. Onlar cənnətin əbədi və sevimli sakinləridirlər, onlar üçün cənnətin bütün vadiləri vəd verilmiş və vədimizdə durulmuşdur. 

Yorumlar