Kayıtlar

Mart, 2015 tarihine ait yayınlar gösteriliyor
Resim
ƏDƏBİYYAT BRENDİ MURAKAMİNİN NOBEL  ALA BİLMƏMƏSİNİ NƏHAYƏT ANLADIM Hər ilin noyabr ayı (yanılmırmsa belə olmalıdır) Nobel ayı kimi bütün dünyada müzakirələrə səbəb olur. Əsas müzakirə edilən nominasiya isə Sülh mükafatı və Ədəbiyyat üzrə olan mükafatlandırmadır. Buna səbəb hər iki nominasiyanın olduqca siyasi rənglər almasıdır, mükafatlandırmadan öncə və sonra da uzun müddət bu ypndə siyasi manipulyasiyalar bitmir.  Yadıma gələni son beş ildə hər il namizəd kimi göstərilən, hər dəfəsində də bukmeykerlərdə ən real namizəd kimi göstərilən Murakami bəhsi sevənlərin pulunu batırmaqdadır. Hər dəfəsində də Umberto Econun və Murakaminin əksinə heç də dünyaca, ən azından bu iksi qədər adı bilinməyən yazıçılar bu ali mükafata layiq görülürlər. Hər dəfəsində də niyə bu iksinin bu mükafata ayiq görülmədiyini anlamış deyildim. Ən son Murakaminin yaradıcılığını incələdikdə heç olmasa bu iki namizəddən birinin niyə Nobel mükafatı almadığını nəhayət çözmüş oldum.