Kayıtlar

Nisan, 2015 tarihine ait yayınlar gösteriliyor
“QIRMIZI QALSTUK” Binanın blokuna daxil olub, boğazına qədər bərk - bərk düyünlədiyi paltosunun yaxasını açdı. Əlini şalvarının cibinə salıb, evin açırını çıxartdı. Əlləri titrəyirdi; bu soyuqdan deyildi, həyəcandan və əsəbdəndi. Bir neçə dəfə cəhd etsə də açarı kilidə sala bilmədi. Keyimiş başını qapıya dirəyib, əllərini yanına salladı. Bir neçə dəqiqəlik nəfəsini dərib, özünü ələ aldı. Açarı bu səfəri kilidə rahatca sala bildi. Əynindəki ağır paltodan və altı palçıqlı əyaqqabısından qurtulub, salona keçib divanda oturdu. Beyni tamam dumanlı idi, sanki kimsə filtirsiz Astra – nın tüstüsünü  dərindən içinə çəkib,beyninə üfürmüşdülər. Tərəddüdlər ona nəfəs almağa imkan vermirdi; başını əllərinin arasına alıb qəti qərara gəlmək üçün bəlkə də  sonuncu dəfə fikirləşirdi. İndicə boşandığı arvadı haqqında düşündü. Heç cürə, amma, heç cürə həzm edə bilmirdi ondan ayrılmanı. Nərmin onu belə anında qoyub qaçmamalıydı. Ona ehtiyacı, gərəyi olduğu halda ən ağır zərbəni də məhz ondan aldı
Resim
PAOLO COELHO SON KİTABİ  "ALDATMAK"LA OXUCULARİNİ ALDATDİ        Bir vaxtlar P.Coelho bumu yaşanırdı. Metroda həmən hər kəsin əlində rüsca, türkcə P.Coelho kitabları olardı. kitab dükanlarında ən çox satılan kitablar da məhz ona məxsus idi. Metrolarda, Tarqovidə köhnə kitab pasajında ön vitrinlərə ancaq onun kitabları düzülürdü. Online kitab site-larında flash olaraq onun kitabları önə çəkilirdi.           Mən P.Colehonu qanundan kənar çıxmadan hər kəs kimi "Kimyagər" lə tanıdım və sevdim. Ondan sonra mənim kitabxanam müəllifin bütün kitabları ilə doldu. Elə bir kitabı qalmadı ki, oxumayam. Kitablarını oxuduqca sarı liner - lə özəl və gözəl cümlələri seçirdim. Zövq ala - ala oxuyurdum, zövq alaraq kitabı yaşayırdım. Sonr oxuduğum kitabı "Əlif" kitabı oldu. Hardasa 24 yaşım var idi. Və kitab məndə digər P.Coelho kitabları kimi dimedirol effelti vermişdi. Hətta reenkarnasiya haqqında geniş araşdırma da aparmışdım. Ondan sonra yazıçı da ara verdi.