PAOLO COELHO SON KİTABİ
 "ALDATMAK"LA OXUCULARİNİ ALDATDİ


       Bir vaxtlar P.Coelho bumu yaşanırdı. Metroda həmən hər kəsin əlində rüsca, türkcə P.Coelho kitabları olardı. kitab dükanlarında ən çox satılan kitablar da məhz ona məxsus idi. Metrolarda, Tarqovidə köhnə kitab pasajında ön vitrinlərə ancaq onun kitabları düzülürdü. Online kitab site-larında flash olaraq onun kitabları önə çəkilirdi. 
         Mən P.Colehonu qanundan kənar çıxmadan hər kəs kimi "Kimyagər" lə tanıdım və sevdim. Ondan sonra mənim kitabxanam müəllifin bütün kitabları ilə doldu. Elə bir kitabı qalmadı ki, oxumayam. Kitablarını oxuduqca sarı liner - lə özəl və gözəl cümlələri seçirdim. Zövq ala - ala oxuyurdum, zövq alaraq kitabı yaşayırdım.
Sonr oxuduğum kitabı "Əlif" kitabı oldu. Hardasa 24 yaşım var idi. Və kitab məndə digər P.Coelho kitabları kimi dimedirol effelti vermişdi. Hətta reenkarnasiya haqqında geniş araşdırma da aparmışdım. Ondan sonra yazıçı da ara verdi. Uzun müddət kitab çıxarmadı. 
           Bu yaxınlarda Əli və Nino kitab dükanına gedəndə müəllifin yeni kitabının nəşr olunduğunu gördüm. "ALDATMAQ" adı və kitabın tərtibatı mən al oxu deyirdi. Bu səfəri elə etmədim. Zamanənin gətirdiyi fürsətlərdən istifadə etdim. 15 azn verməkdənsə internetdən kitabı yüklədim və telefonumda oxumağa başladım.



           İlk başlardan maraqlı gəldi. Bir az oxuduqca qənaətə gəldim çox vacib bir məqam çıxdı ortaya.

1. Paolo Coelho 20-25 yaşında olan gənclərin yazıçısıdır. otuzlarında olan mənim kimi birisi üçün, hətta otuzlar, qırxlar, əllilərində olanlar üçün Paolo heç bir təsir gücünə malik olmayan birisidir. Eyni üslub, eyni ədəbi fəndlər, eyni ifadə və mütodlarla oxucusunu artıq düşündürməkdən ziyadə əyləndirməyə keçmiş bir yazıçıdır.
2. Paolo Coelho dünya ədəbiyyatını, əsas etibarı ilə şərq ədəbiyyatını, islam ədəbiyyatını gözəl bilir və kitablarında istifadə etdiyi "sehirli" pritçalar da məhz şərq ədəbiyyatından götürülmüşdür. Dolayısı ilə pirat yazıçılıqla da məşğuldur.
3. Paolo Coelho tükənibmi?  oxucunu saxlamaq üçün son kitabında açıq saçıq erotik səhnələrdən genişcə istifadə edir. Bir dəfə də boşluğa düşəndə ""On bir dəqiqə" kitabını nışr edib, əlavə, yeni oxucu kütləsi qazanmışdı. Sonuncu kitabı ilə də bu fənddən istifadə etdi.
4. Qatı katolik olan yazıçı katolik düşüncələrin şüuraltı olaraq beyin yuması yoluyla oxucusuna yedirdir.
5. Artıq zövq vermir. 
6. Kitabı doldurmaq üçün bəzən mətnə aidiyyatı olmayan paraqraflar, pritçalar da əlavə edir.
7. fikirlərin, hadisələrin fərqli rakuslardan təkararı tez - tez qarşına çıxır.
8. 266 səhifəlik kitabda gözəl ailəsi, övladları olan, varlı, bankir və arvadını olduqca çox sevən əri olan qadının özünə, ailəsinə, uşaqlarına məktəbdə oxuyanda sinif yoldaşı olmuş, indisə tanınmış siyasətçi olan Jacobla xəyanət edir. Kitab boyunca özünə haqq qazandırmağa çalışan qadın və onun hissləri ilə baş - başadır oxucu. Bunu yaşayan, ətrafımızda tanıdığımız, bildiyimiz, .ahidi olduğumuz çox sayda insalar var. Dəfələrlə və fərqli cəhətlərdə işlənmiş mövzudur. Mənə həyəcan verən tərəfi olmadı

 Sonda tövsiyyə:

Yaşınız 30 - dan çoxdursa məncə bu kitabdan zövq almayacaqsınız.

Qadağandır:

Əgər siz də həyatınızın yeknəsəkliyindən, həyat yoldaşınızın işinin çoxluğundan, ailə qayğılarından bezmişsənizsə, ağlınızda macəralar keçirirsənizsə, amma, bunun - xəyanətin necə bir şey olduğunu (deməyə eytiyac duymuram) bildiyiniz üçün, bunun həyatınıza, gələcəyinizə, övladlarınıza necə bir qara ləkə olacağının fərqinə vardığınız üçün özünüzü bir təhər stoplamısınızsa, nəfsinizə, ehtirasınıza, ağılsızlığınıza uymursunuzsa ehtiyatlı olun. Bu kitabı oxumaq sizlər üçün QADAĞANDIR!!! Sizi onsuz da tərəddüt içində olan Sizi bu kitab asanlıqla yoldan çıxaracaq.

Sonda:

Məncə ədəbiyyat brendi olan Paolo Coelho "Aldatmaq"la oxucusunu aldadır.

Yorumlar