Kayıtlar

Ocak, 2014 tarihine ait yayınlar gösteriliyor

Nizami Gəncəvidən seçmə məsnəvi

İnsanda insanlıq öləndən bəri, İtmiş insanlığın parlaq gövhəri. İnsanlıq nəqşini oxusan bir – bir, Bilərsən bu günki insanlıq nədir. Gözlərinin bəbəyi neyçin qaradır, İnsanlıq ölmüşdür, matəm saxlayır.

Düşünərdim ki. . .

                                                        "Pıçıltı" kitabımdan kiçik bir şer                                                                     Düşünərdim ki,                                                                                səndən savayı                                                        heç kəsi sevə bilmərəm.                                                        Xatırlayırsanmı ana?                                                        Kiçik ikən                                                       “mən ancaq səni sevirəm”                                        deyərdim.        Nə bilərdim, bir gün gələr. . .                                                        Bir gün gələr və mən də                                   sevə bilərəm. Sevdim ana!              Səndən başqasını da sevə bildim.                                                        Bilmirəm,                                                     

“QADIN ÇİÇƏKDİR, ÇİÇƏK QADINDIR”

"Bakı:insanlar və şəhər" kitabımdan bir hissə Səhərəcən yatmamışdı deyə, gözləri şişmişdi, yataqdan qalxıb, başına bir şeylər bağladı; ürəyi bulanırdı yenə, ağzına acılıq gəlmişdi, tualetə, sonra da hamama keçdi, əl – üzünü yudu, dişini firçaladı, sonrasa acı, tünd çay süzüb içdi; ac qarına içdiyi üçün mədəsi sızıldadı. Qızı da səsə oyanıb, ayağını sürüyə - sürüyə anası kimi tualetə, hamama, sonra da mətbəxə keçdi; “Sabahın xeyir.” “Sabahın xeyir.” “Nə olub yenə, başını niyə sarımısan?” “Heç elə - belə yaxşı yatmamışam.” “Nə yeyirsən, pendir, xama, ya Çokokrem?” “Fərqi yoxdur.” – soyuducudan Çokokrem çıxartdı. “Sən də hərəmizə iki dilim çorəyi tosterdə qızart, isti çörəklə Çokokrem əla gedir.” “Qızım. . .”                                                    “Hə.” “Dünən sən yatandan sonra Rişadla danışdım. Əgər fikrin ciddidirsə ananı da göndər dedim, osa anası . . . xəstədir, şəkəri var, evdən çıxa bilmir, təzyiqi tez – tez qalxıb düşür deyə, çölə

İxlas

"Puzzle" kitabımdan bir hissə Allah, Tanrı, böyük Yaradan, nə bilim kim, kim. . . Bilmirəm sənə necə müraciət edim. Hələ elələri də var ki, sənə Kişi deyə müraciət edir. Amma mən bilirəm ki, sən kişi deyilsən, QADINSAN!!! Bunu hardan bildim? İnsanlardan ancaq kişiləri sən yaratdın. Qadınlarısa Şeytan yaradıb. Əgər sən kişi olslaydın qadını yaradardın daaaa. Bütün peyğəmbərləri ancaq kişilərdən seçdin. Şeytan isə öz məqsədlərinə çatmaq üçün ancaq qadınları seçir. Məhz ən güclü varlıq kişiləri etdin. Öz gücünü, qüvvəni ancaq kişilərə verdin. Sən QADINSAN və biz kişilərin ən güclüsünü, ən qüvvətlisini, ən yaraşıqlısını özünə saxlayırsan. Onları sevirsən və bu sevgini qəribə təzahür etdirirsən. Heç həyatdan doymamış yanına aparırsan. Elə bilirsən bunun səbəbini bilmirəm. Çox yaxşı bilirəm, qoymursan ki, onlar kiməsə, hansısa daha gözəl bir qadına qismət olsun. Axı sən Şeytanla mübarizədəsən. Sən xəbislik edirsən. Onunla bacarmırsan. Onun yaratdıqları qadınlar sənin yaratdığın