Düşünərdim ki. . .
"Pıçıltı" kitabımdan kiçik bir şer
Düşünərdim ki,
səndən savayı
heç kəsi sevə bilmərəm.
Xatırlayırsanmı ana?
Kiçik
ikən
“mən ancaq səni sevirəm”
deyərdim.
Nə bilərdim, bir gün gələr. . .
Bir gün gələr və mən də
sevə bilərəm.
Sevdim ana!
Səndən başqasını da sevə bildim.
Bilmirəm,
onu sənin qədər sevə bildimmi,
ya yox.
Bircə onu bilirəm ki,
sevdim, ana.
Dəlicəsinə,
bir
vurğuncasına
sevdim,
ana.
Səndən sonra ancaq
Ölümü sevə bildim.
Yorumlar
Yorum Gönder