ƏDƏBİYYAT BRENDİ MURAKAMİNİN NOBEL 
ALA BİLMƏMƏSİNİ NƏHAYƏT ANLADIM


Hər ilin noyabr ayı (yanılmırmsa belə olmalıdır) Nobel ayı kimi bütün dünyada müzakirələrə səbəb olur. Əsas müzakirə edilən nominasiya isə Sülh mükafatı və Ədəbiyyat üzrə olan mükafatlandırmadır. Buna səbəb hər iki nominasiyanın olduqca siyasi rənglər almasıdır, mükafatlandırmadan öncə və sonra da uzun müddət bu ypndə siyasi manipulyasiyalar bitmir. 

Yadıma gələni son beş ildə hər il namizəd kimi göstərilən, hər dəfəsində də bukmeykerlərdə ən real namizəd kimi göstərilən Murakami bəhsi sevənlərin pulunu batırmaqdadır. Hər dəfəsində də Umberto Econun və Murakaminin əksinə heç də dünyaca, ən azından bu iksi qədər adı bilinməyən yazıçılar bu ali mükafata layiq görülürlər.

Hər dəfəsində də niyə bu iksinin bu mükafata ayiq görülmədiyini anlamış deyildim. Ən son Murakaminin yaradıcılığını incələdikdə heç olmasa bu iki namizəddən birinin niyə Nobel mükafatı almadığını nəhayət çözmüş oldum. 




Murakaminin yaradıcılığını incələdim dedim, amma, bu biraz şişirdilmiş oldu. Bir birinin ardınca üç məşhur kitabını oxudum. Birincisi Azərbaycanca tərcümə olunmuş, yazıçının da ilk əsəri olan "Norveç meşəsi" kitabından başladım. Başladım və böyük ümidlərlə, əsl yapon mədəniyyətiylə, ədəbiyyatıyla, Yaponiya coğrafiyasıyla, yapon titizliyi ilə, yapon vəhşiliyi ilə, yapon fəlsəfəsi ilə, yapon savaşı ilə qarşılacağımı gözləyirdim. Amma, yanildim.
Uzun müddət kitab dükanlarından ən çox satılanlar listində birinci olan "Kafka sahildə". Oxumaqdan sıxıldım. Niyə bu qədər sevildiyini anlamadım.
Ən sonda üçüncü olaraq, yazıçının sonuncu kitabı və dünyaca sayılı ən iri həcmli romanlardan olan, 1500 səhifədən çox oxuduqca bitməyən, oxuduqca oxuyubda, mən nə oxuyuram dedirdən "1Q84" kitabı oldu. Ucuz da almamışdım. "Ali və Nino" dükanından 34 AZN verib almışdım. Kitabın mininci səhifəsində kitabı yarımçıq qoydum. Oxumamaq üçün onu kitabxanamın ən arxa hissəsinə yerləşdirdim.Ağsaqqal, özünə zülm edib, bu boyda kitab yazmısan, heç olmasa əməlli başlı bir şey yazardın. Nə kitab bitmək bilir, nə də oxuduqca bitməsini istəməyəcəyin bir hiss səndə buraxır. Bir an öncə növbəti səhifəyə keçim də, bu kitabı da oxudum deyə biləsən deə oxuyrsan ancaq. 

Bu üç kitabı da birləşdirən bir ortaq cəhət var: hər üçü də oxucusuna heç nə qatmır. Oxuduqdan sonra sonuncu səhifəni qatlayınb mən nə qazandım demirsən. Ən azından mən belə demədim. oxuduğum kitabları bitiriəndə bu sualı özümə verdikdə çox az halda olub ki, heç nə cavabını vermişəm. Mən kitab seçimində olduqca titiz və seçici olduğum üçün, seçimimdə də yanılmamışam. Amma, Murakami sarıdan hər üç seçimimdə yanıldığımı etiraf edirəm.

Bəs onu belə mə.hur edən nədir?. Mən bu sualın cavabını elə Muarakaminin özündən soruşdum. Özündən deyərkən, yazdığı kitabdan öyrənmiş oldum. "1Q84" kitabının əsasını təşkil edən bir kitabın nəşri, onun hazırlanması, redaktəsi və reklamı, PR - ı, tanıdılması, bir həftənin içində ən çox satılanlar listəsinə daxil olması prosesi mərhələ - mərhələ anlatılmışdır. Belə n\ticə hasil oldu ki, necə ki, dünyada məşhur ulduzları səfərdan başlayaraq məşhurlaşdıran produserlər olduğu kimi, kitabları və onun yazıçılarını da (kim olur olsun, yazdığı nə olur olsun) məşhurlaşdıran naşirlərdir. Buna bariz misal, heç bir  ədəbi dəyəri olmayan "Alatoran" saqası, ya da "Bozun əlli çaları" trilogiyası və s. kitablarını qeyd edə bilərəm.

Murakamı ilk kitabını yazıb təqdim edəndə ya bəxtindən ona çox ağıllı, işini müğənni produserləri kimi ustası olan naşirin əlinə düşmüş, ya da bir beləsi onun tanışı olmuşdur və naşirlərin sayəsində ədəbiyyat brendinə çevrilmişdir. 

Necə ki, dünyaca məhur geyim markasının, brendinin əslində ələ almayacağın paltarlına məhz o brendin adı üçün on minlərlə dollar ödəyirlər, eləcə də Murakami brendinə artıq nə yazdığına deyil, adına görə pul verirlər. 

Azadlıq radiosunun saytında bir başqa ədəbiyyat brendi haqqında yazı oxumuşdum. Nobel komitəsi bnəyan edirdi ki, heç bir vəchlə, heç vaxt Poelo Coelhoya Nobel erilməyəcək. Biz insanların hissləri ilə manipulyasiya edən yazıçılara deyil, ədəbi dəyəri olan əsərlərin müəlliflərinə Nobel veririk" - deyə bir bəyanət vermişdilər.
Məncə bunu Murakami haqqında da düşünüblər, ancaq, onlardan soruşan olmadığı üçün bəyan etmə fürsətində olmayıblar. Murakami kitabını oxumağa başlayan hər kəsə vaxtına heyfin gəlsin deyirəm. Ondansa bizim qəzetləri oxuyun.

Yorumlar