Mən səni
Mən səni gözləyirəm
arzularımı gözləyən tək.
Mənə lazımdır dərman kimi
sənin isti əllərin.
Mən səni gözləyirəm
yetim uşaq anasını gözləyən tək.
Sən mənə lazımsan
torpağa su lazım olduğu kimi.
Səni sevirəm iynənin ucu boyda,
səni sevirəm duzun dənəsi boyda,
əncirin toxumu boyda.
Pəncərəmin qarşısındakı
dibçəkdəki ətirşahım sənsən.
Düşmüşəm arxanca
mən səni tapa bilmirəm.
Qanadlı quş olmuşam
səmalara qalxmışam,
ulduz – ulduz,
kainat, kəhkəşan,
bütün aləmləri,
yeri, göyü
gəzmişəm.
Hardasan, Cancaazım?
Hardasan, Sevdiciyim?
Yoxsa küsmüsənmi yenə,
yoxsa uşaqlıqdakı tək
Gizlanpacmı oynayırsan?
Çıx gizləndiyin o yerdən.
Gəl, tut əlimi.
İstəyirəm ölərkən
ruhumu sən götürüb,
aparasan uzaqlara.
Ölərkən,
gözlərimi sən qapayasan.
Ayaqlarımı sən cütləyəsən.
Ölərkən qulağıma
İlləllahı sən oxuyasan.
Mən səni . . .
Məni səni gözləyirəm.
Budur yanımda durub, dost – tanış,
ağlaşırlar,
Çünki ölürəm.
mən səni gözləyirəm,
amma Əzrayıl gəlib.
Mən səni gözləyirəm.
Taqətdən düşüb qollarım,
Əzrayılı qovalaya bilmirəm.
Bircə ümidim qalıb,
məni qoynuna alasan,
özünlə göylərə aparasan
Mən səni. . .
Cancaazım,
mən səni gözləyirəm.
Yorumlar
Yorum Gönder