İlk və son cümlələr. . .

"Puzzle" kitabımdan bir hisssə


Saat beş idi. Günəşin istisi Bakını nəhəng ağ balığın ləvəngisi kimi  qovururdu. İstidən mən də o balığın içindəki içlik kimi bişirdim. İki litrlik Koka Kolanın mayesindən çox qazı ilə qarnımı doldurmuşdum. Kondisionerin dünyam qədər kiçik olan otağımı sərinlətmək üçün Günəşin istisi ilə girdiyi mübarizədə cırmaq – cırmaq davam gətirməkdə idi.
Bir şeylə məşğul olmalıydım. Nəyləsə başımı qatmalıydım. Yoxsa bu tənhalıq sözün əsl mənasında dözülməz hal alırdı. Vaxtsa toz hissəcikləri kimi havada uçuşurdu; əl atıram, əlimin yelinə yenidən havalanır və heç cürə yerə qonmaq bilmirdilər. Yeganə vaxt ovçusu kitablar idi. Birdən ağlıma gəldiki o evdən gələrkən özümlə kitablarımı da gətirmişəm və kitablar hələ də ortalıqdaydı; onları hara yerləşdirəcəm deyə, dərd götürmüşdü. Ağlıma şefoner gəldi, rəfləri olan  dolab hissəsini açdım, bura kitab düzmək üçün ideal yer idi: ən azından üst – üstə bütün kitablarımı yerləşdirə bilərəm. O da olmasa yerdə qalanını şefonerin üstünə yığaram, toz basmasın deyə, kitabları mələfə ilə örtərəm.
Televizorda musiqi kanallarının birini açıb, səsini bir az azaltdım. Bir – bir kitabları baladığım kəndirləri açıb, dolaba yığmağa başladım. Dolab beş gözdən ibarət idi, buna görə kitabları qruplaşdırdım: birinci və ikinci gözünə kirilcə yzılmış, sovet dövründə nəşr edilmiş kitabarı, üçüncü və dördüncü gözünə qeyri azərbaycan dilində olan kitabları ( çox çətinliklə də olsa yerləşdirə bilmişdim, çünki onların sayı çox idi), beçinci  gözünəsə son dönəmdə “Qanun” nəşriyyatının nəşr etdiyi yeni tərcümələr seriyasından olan kitabları yerləşdirdim. Yerdə daha beş bağlama müxtlif səpgili kitablarım qaldı ki, onlar da əvvəlcədən planlaşdırdığım kimi əyağımın altına stul qoyub, şefonerin üstünə yığdım. Bütün bunlardan sonar saata baxdım, saat ən azndan səkkizdir ümidi ilə, halbu ki hələ indi saat yeddiyə qalırdı.
Nə edim, nə etmyim ki, vaxt getsin sual yenidən aktuallığını qazanmış oldu. Ağlıma bir ideya gəldi: kitabların ilk və son cümlələrini oxuyub, içindən ən maraqlı olanların seçəcəm. Son zamanlarda oxuduğum və ən çox bəyəndiyim kitablardan seçib, divan üstünə yığdım. Heç bir qanunauyğunluğa riayət  etmədən, əlimə keçən ilk kitabdan başladım.


1.    Çak Palanik: “Döyüşçü klubu”
Ilk Cümlə: “Bu Tayler gah məi afsiant işinə düzəldir, gah da lüləni ağzıma dürtərək bildirir ki, əbədi həyat qazanmaq üçün ölmək lazımdır.”

Son cümlə: “O pıçıldayır.                                                     
-        Biz səbirsizliklə sizin geri dönəcəyinizi gözləyirik”

Əslində bu kitabı heç bəyənməmişdim, çox nadir hallarda etdiyim bir şeyi etmişdim, kitabı başacan oxuyub bitirmədən, yarımçıq qoyub, kitab rəfindəki yerinə qaytarmışdım. Amma, kitab dünyaca populyardır və əsasıda film də ekranlaşdırılıb. Nədənsə mən bəyənməmişdim. Yəqin ki, buna tərcüməçi nai ola bilmişdi. Çünki üçüncü dildən tərcümə olunan kitabın dili çox vasat idi və heç oxunaqlı deyildi. Ancaq, qəribəsi də odur ki, bu dəqiqə mənim halu – qədərimə bu kitabın ilk cümləsində ki, təhkiyəçinin əhvalı çox uyğun gəlir: əbdi dinclik üçün ölməyə çoxdan üz tutardım, ancaq, kitabın son cümləsində deyildiyi kimi, məni gözləyən var. Bilirəm O gözləyir.

2.    Bernhard Şlink: “Qiraətçi”
Ilk cümlə:  “On beç yaşım olanda sarılığa tutulmuşdum”

Son cümlə: “Bu nun məzarı üstünd son və ilk dəfə dayanmağım idi”

Alman ki, alman. Qeyri – müyyən cümlə ilə başlayır, qeyri – müəyyəm cümlə ilə də bitir. Bu kitab məndə ancaq Kate Winsleti xatırladır, onun cazibəli və gözəl baxışlarını . . .

3.    Gabriel Garcia Marquiz: “Eşq və Başqa macəralar”
Ilk cümlə: “26 Oktyabr 1949 cü il önəmli xəbərlə dolu bir gün deyildir.”

Son cümlə: “Saçlarnn yeri qaşınmış, başından sanki öpük fışqırır, onların get – gedə uzanması gözlə görünürdü.”

Mən bu yazıçının bütün əsərlərni oxumuşam. Onun fanatıyam.


4.    Vladimir Nabokov: “Lolita”
Ilk cümlə: “Lolita həyatımın işığı, ehtirasımın odu alovu.”

Son cümlə: “Və bu səninlə yeganə bölə biləcəyimiz ölümsüzlükdür, mənim Lolitam”

Möhtəşəm cümlələr və ehtiras dolu sevgidən bəhs edən kitab.

5.    Gabriel Garcia Marquiz: “Patriarxın payızı”
Ilk cümlə: “Həftənin sonuna yaxın quzğunlar pəncərələrin dəmir qəfslrini söküb, president sarayına dolmuşdular, qanadların çırpa – çırpa saray otaqlarınn uzun müddətdən bəri dəyişilməyən kifsəmiş havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxsua getmiş şəhər, bazar ertəsinin ala toranında nəhayət ki, yuxudan oyandı.”

Son cümlə: “. . . donuq xəzəl axarı ilə qaranlıq əbədiyyata yollandı.”

NO COMENT. . . 

6.    Mario Puzo: “Xaç atası”
İlk cümlə: “Ameriqo Bonasera Nyu Yorkun üçüncü cinayət məhkəməsinin binasında əyləşib, prosesin başlanmasını gözləyirdi.”

Son cümlə: “. . .Maykl Karleonenin ruhunun bağışlanması üçün Tanrıya yalvardı.

7.    David Nicholls: “Bir gün”
İlk cümlə: “Məncə ən vacib şey özündən sonar bir iz qoymaqdır.”

Son cümlə: “Hələlik sağol.”

İlk cümləni çətin ki, bu gedişlə həyatıma tədbiq edə biləm.

8.    Haruki Murakami: “Norveç meşəsi”
Ilk cümlə: “O vaxt ənim 37 yaşım vardı. Boing 747 – nin sərnişin kürsüsündə oturmuşdum.

Son cümlə: “Dünyanın heç arasında olmayn, bu məkanda mən dayanmadan Midorini çağırırdım.”

9.    Haruki Murakami: “Kafka sahildə”
Ilk cümlə: “Evi tərk edəndə ancaq atamın iş otağındakı pulları deyil, qədim qızıl alışqanı (onun ağırlığını və qəribə formasın xoşlayırdım) və ağzı qatlanan sivri uclu bıçağı da götürdüm.

Son cümlə: “Gözlərini astac ymub, mürgüləyirsən, yenidən açanda artıq yeni dünyanın ən vacib, bir parçasına çevrildiyini başa düşürsən.”

Mənsə tam tərsi oldum: özümü yuxuluğa vurub, qəfil gözlərimi açanda dünyada ən artıq, lazımsız bir insan kimi idim. Özümü buna görə zibil qutusuna atmışdım.

10.Umberto Eco: “Güün adı”
Ilk cümlə: “Başlanğıcda söz vardı və söz Tanrı dərgahənda idi və Söz Tanrı idi.”

Son cümlə: “Yazı zalı soyuqdur. Barmaqlarm sızıldayır. Bu yazıları kimə qoyub getdiyimi bimirəm: artıq nə haqqında olduğunu da bilmirəm.
Stat rosa pristina nomine, nomine nuda tenenus.”

Umberto Eco - ədəbiyyat brendi.

11.Gabriel Garcia Marquiz: “Yüz illik tənhalıq”
Ilk cümlə: Palkovnik Aureliano Buedia illər sonar dam manqasının qarşısından keçəndə atasının onun buzu kəşf etməyə apardığı o çox uzaqlada qalmış  keçmişi xatırlyacaq.

Son cümlə: “Yüz illik tənhalığa məhkum edilmiş nəsillərə yer üzündə ikinci cəhd verilmir.”

NO COMMENT. . .
                                                 
12.Paulo Coelho: “Əlkimygər”
Ilk cümlə: “Oğlanın adı Santyago idi.”

Son cümlə: “Oğlan gülümsədi. Külək bu öpüşü ilk dəfə idimi gətirirdi.
-        Gəlirəm, Fatimə - dedi.”

Çox zövq ala – ala oxuduğum kitabdır.

13.Orxan Pamuk: “QAR.”
İlk cümlə: “Avtobusda sürücünün arxasında outran adam qarın səssizliyi deyə düşündü.”

Son cümlə: “Oturdum, qar dənələri arasnda kənar məhəllənin ucqar evlərinin ucqar işıqlarına, televizora baxılan qırıq – sökük o otaqlara, qarla örtülü damlardakı bacalardan çıxan incə, titrək və narın tüstülərə baxıb, ağlamağa başladım.


            Bu minvalla, bütün kitablarin ilk və son cümlələrini oxudum. İlk və son cümlə arasındakı fərqləri nəzərdən keçirtdim, onar arasındakı əlaqəni tapmağa çalışdım. İlk cümlə hansı ruhla başlayırsa, bütün kitablada son cümlə də o ruhla bitir. Bütün ilk cümlələr də, son cümlələr də adətən qısa və lokanik olur. İki ayrı – ayrı yazıçının əsərinə başladığı ilk cümlələr hamsı bir – birindən fərqlənir. Məncə yer üzündə nə qədər kitab varsa o qədər də bir – birindən fərqli ilk cümlə var. Amma, bütün kitablar üç hərfli söz cümlə ilə bitir – SON.  

Yorumlar