Əgər geri dönsəm. . .

Əgər geri dönsəm, bir də başa dönmərəm.
Dilsiz ağızsız daşa dönərəm, başa dönmərəm.
Ovçuya şikar olan quşa dönərəm, başa dönmərəm.
Qoca qarı dilində səslənən qarğışa dönərəm, başa dönmərəm.
Buludlardan süzülüb, torpağa hopan yağışa dönərəm, başa dönmərəm.
Yaşlı baba dodaqları arasında mızıldanan alqışa dönərəm, başa dönmərəm.
Yazılaram, cırılıb, zibilliyə atılaram, varaq olaram qoşa – qoşa, başa dönmərəm. 
Dönərəm, bu dünyaya, dönərəm yenə bu həyata, ölüm nə ki, ölümü də aşaram, yaşamağa dönərəm. Amma bir də başa dönmərəm.
 Dönərəmsə yenə də o son günə dönərəm.
Son günü yaşayıb, yenidən ölərəm.
Ölərəm, yenidən geri dönərəm,
Amma, başa dönmərəm.

Hər dönüşümdə yenilənərəm. Amma başa dönmərəm.

Yorumlar