KOR EDƏN "KORLUQ"
Haqqında çox təsadüfən duymuşdum. Yeni kitab almaq və ya internetdən yeni kitab yükləmək istərkən məlumat almaq üçün ən çox istinad etdiyim www.antoloji.com saytında növbəti keçidlərin birində bu haqqında məlumat oxudum. Nəsə adı məni özünə cəlb etdi. Həm də Portuqaliya və dolaysıyla bu dildə yazılan ədəbiyyatı izləyən birisi kimi bu kitab haqqında daha ətraflı məlumat toplamaq üçün təbii ki, www.wikipedia.org saytına da baş vurdum. Kitab haqqında oqədər söz deyilirdi ki, o kitabı almaq və dərhal oxumaq istəyi məndə vəhşicəsinə baş qaldırdı.
Jose Saramago - nun "Korluq" kitabını onu alıb oxumaq istəyindən ancaq üç il sonra alıb oxuya bildim. Bakının az saylı kitab dükanlarından bu kitabı heç cürə tapa bilmirdim. Azərbaycanca axtarmaq cəhdimsə ümumiyyətlə yox idi. Rusca yaxşı bilmirəm, yəni bir kitab oxuyacaq səviyyədə bilmirəm. Kitabın əsasında film çəkildiyi haqqında məlumatım olsa da oxumaq istədiyim bir kitabı oxuduqdan sonra filminə baxmağı daha çox sevirəm. Səbrimə güvəndim. Güvəncimdə yanılmadım. Üç ildən sonra Əli və Nino kitab evindən türkçəsini tapa bildim. Kitabın qiyməti ucuz deyildi - 23 manata qoyulmuşdu, ancaq, bu məni düşündürəcək ən son şey ola bilərdi və hətta ən son pulum da olsaydı onu alacaqdım. Aldım da.
Həmin gün kitabı oxumağa başladım.
Kaş oxumayaydım.
Kitab məni qorxuya saldı. HƏR AN KOR OLA BİLMƏK QORXUSUNA!
Kitab bir sözlə dahiyanə yazılmış və Nobel mükafatını artıqlaması ilə haqq etmişdir. Məncə Jose Saramago bu kitabı yazmaqla da kifayətlənə bilərdi ki, O dünya durduqca ədəbiyyatın başında gələn isimlərdən olsun.
İlk dəfə idi ki, mən belə səlis türkcə tərcümədə kitab oxudum. Sanki azərbaycanca oxuyurdum Kitabın türkcə olması məni yormadı. Ya da bilmirəm bu tərcüməçidən çox Jose Saramagonun ustalığı idi, bəlkə də?
Kitabın həcmi, strukturu insanı ilk baxışdan çəkindirir, ancaq kitab elə həmlə ilə başlayır ki, kaş ki, gecə olmasın, ya da, uşaq imkan versəydi, işdə oxumaq mümkün olmur, ancaq yemək arası sıxışdıra bilsəydim deyib, hər cümləsini, bir növbəti hadisəni həsrətlə gözləyirsən.
Yazıçı heç bir söz oyunundan, bizim yazıçıcıqlar kimi bol - bol fəlsəfi, məsləhət, tövsiyyə yüklü fikirlərlə, uzun - uzadı yorucu və gərəksiz təsvirlələr, hardan çıxdı bilinməyən və nəyə yarayan obrazlala oxucunu yormur. Oxucunu ancaq hadisələrin içinə sürükləyir və az qalırsan kitabı gözlərini bağlayıb bir kor kimi oxuyasan, sən kitabın içinə daxil olmursan, kitab sənin içinə daxil olur və kitabı bitirəndən sonra da əmin olun ki, kitab sənin içində bir yer edib daima səni yumruqlayaqcaq, sən bir heçsən əgər sən KORSAN-sa, ona görə aç gözü nüətrafına kor kimi baxma.
Kitab bir şeyi də sübuta yetirir:
MƏNCƏ İNSANI İNSAN EDƏN ONUN ŞÜURU VƏ NİTQİ DEYİLMİŞ, ONUN GÖZLƏRİ İMİŞ!
Bu da günün parafrazı olsun.
Görməyən şüur nələrə qadirdir, kitab bunu sənin önünə sarı kitab sahifələrində açıq açığına, heç bir uf demədən, soyuqqanlılıqla, güzəştə getmədən elə sərəcək ki, KOR olduqda ( gözdən əlillərdən söhbət getmir. Yazıçı da KORLUĞU bir metamarfoza kimi istifadə edib. Gözləri olub da görə bilməyənlərdən söhbət gedir. Ona görə də kitabdakı korlar ətrafını qaranlıq deyil də bəyaz, işıq partlayışı kimi görürlər) biz əslində insan kateqoriyasından çıxmış oluruq, hətta ALLAHIN NƏZƏRİNDƏ BELƏ.
Kitabı bitirir bitirməz filminə də baxdım.
Kitab qədər həyəcan vermədi. Baxmaya da bilərdim, onsuz da kitab özü bir film kimi yazılıb. Oxuduqca hadisələri göz önündə canlandırmağa ehtiyac qalmır, onsuz da hadisələrin içində olursan, bizzat özün o hadisələri yaşayırsan, ya da nə vaxtsa KOR olduğunu xatırlayıb utanırsan. Film sənə kitabı oxurkən diqqətsizliyindən gözündən qaçırtdığın məqamları aydınlaşdırmaqda yardımçı olur, ən azından. Bir də ən maraqlısı odur ki, kitab da heç bir obrazın ismi yoxdur, hər bir obraz müəyyəm xarakteri, müəyyən hadisə ilə anılır. Odur ki, oxuduqca beynində hər bir xarakter üçün bir sima çizirsən və filmə baxanda bir də görürüsən ki, sən də eynən bu obraz kimi bir sifət xəyal etmişdin.
Bir sözlə JOSE SARAMAGO bu kitabı ilə oxucunu elə kor edir ki, müqavimət görmədən sənin xəyal dünyana müdaxilə edə bilir, ya da kobud çıxsa da deyəcəm; sənin həyat və yaşam tezislərinə təcavüz edir.
Ölmədən Oxunması lazım olan on - beş kitabdan biridir.



Yorumlar
Yorum Gönder