Kayıtlar

Resim
HƏRKƏSİN BİR ÖLÜM MƏLƏYİ VAR Ölümlə üz-üzə gəlmə haqqımı kifayət qədər istifadə etdiyimdən, bu son dedim; yəqin ki, sonuncu cəhdimdir, bir daha bu haqq mənə verilməyəcək. Düzdür ölümlə burun-buruna dayanmışkən sən ondan qorxursan, anları belə zaman hesabına qatırsan, ölümün sənin gözlərinə dik baxa-baxa sənin ona qalib gəlməyinə göz yuma-yuma nəfəsi nəfəsinə dəyib, saçının uclarına belə toxunmadan səndən yan ötür və sən onun arxasınca belə boylanmadan “mən ölümə qalib gəldim” – deyirsən, içində bunun yalan olduğunu bilirsən, bilirsən ki, ölüm səndən sadəcə yan keçdi, amma, bu yalanı mütləq uydurursan; öz yalanınla fəxr edirsən. Mən ümumiyyətlə özümü ölümün övadı adlandırıram: o mənim anamdır, mən də onun övadı; ancaq analar öz övladına qıymaz; hirslənər, acıqlanar, səbrinin son həddini  belə keçər, lakin, yenə də övladının canına qıymaz. Mənimlə ölüm arasındakı münasibət də bax belədir; o mənə qıymır. Hər səfəri məni danlayıb yanımdan ötüb keçir, daha doğrusu məni tərbiyə edir,
Resim
Maşita xatun Həzrəti Muhamməd Meracdaykən səmada gözəl bir ətir yayıldı. Cənnətin bütün vadilərinə yayılmışdı bu ətir; doymadan dərin-dərin nəfəs alarak ətri cigərlərinə çəkirdi; doymurdu; ətrin sehrinə qapılmışdı. Muhəmməd ona cənnətin vadilərini gəzdirən Cəbrayıldan soruşdu: “Ey Allahın mələyi, Ya Cəbrayıl! Bu nə gözəl ətirdir elə, bütün cənnət vadilərini bürüyüb? Hansı çiçəyin, hansı ağacın ətridir?” Bu ətir Maşita və övladlarının ətridir Ey Allahın Rəsulu!” “Kimdir bu mübarək insanlar ki, onların ətri ilə rahiləndirilib bütün cənnət?!”
Resim
SEVGİLİ...       Toni Morisson haqqınnda ilk dəfə beş il bundan öncə duymuşdum. O vaxt nişanlı olduğum indiki həyat yoldaşım müəllifin ingiliscədən "Ən mavi gözlər" kitabını oxumuşdu. Ağız dolusu mənə Toni Morissonun bu əsəri haqqında məruzə oxuduğu da yadımdadır. Hətta magistr olduğu universitetdə Toni Morisson yaradıcılığına həsr etdiyi yüksək səviyyədə hazırladığı araşdırma əhəmiyyətli təqdimat da keçirtmişdi. Sonra mən də həvəsə gəlib normal olan ingilis dili səviyyəmlə dediyi əsəri originaldan oxumağa cəhd etdim. Elə bir neçə səhifədən yarımçıq qoydum. Alışdığım, oxuduğum normal ingilis dilindən tamam fərqli idi. Sonra bildim ki, afro- merikan mənşəli yazıçının bu əsəri həm amerikan ingilis dilində, həm də afro - amerikan mənşəli sözlərlə bol ləhcədə yazıb. Bu kitabı oxumaq üçün ingiliscən yüksək səviyyədə olması gərək idi. Azərbaycancası isə təəssüf ki, yox idi. Yenə də çox sonrala, yəni mən Toni Morissonun adını ilk dəfə eşidəndən çox sonra, artıq evlənmişdim, övlad
“QIRMIZI QALSTUK” Binanın blokuna daxil olub, boğazına qədər bərk - bərk düyünlədiyi paltosunun yaxasını açdı. Əlini şalvarının cibinə salıb, evin açırını çıxartdı. Əlləri titrəyirdi; bu soyuqdan deyildi, həyəcandan və əsəbdəndi. Bir neçə dəfə cəhd etsə də açarı kilidə sala bilmədi. Keyimiş başını qapıya dirəyib, əllərini yanına salladı. Bir neçə dəqiqəlik nəfəsini dərib, özünü ələ aldı. Açarı bu səfəri kilidə rahatca sala bildi. Əynindəki ağır paltodan və altı palçıqlı əyaqqabısından qurtulub, salona keçib divanda oturdu. Beyni tamam dumanlı idi, sanki kimsə filtirsiz Astra – nın tüstüsünü  dərindən içinə çəkib,beyninə üfürmüşdülər. Tərəddüdlər ona nəfəs almağa imkan vermirdi; başını əllərinin arasına alıb qəti qərara gəlmək üçün bəlkə də  sonuncu dəfə fikirləşirdi. İndicə boşandığı arvadı haqqında düşündü. Heç cürə, amma, heç cürə həzm edə bilmirdi ondan ayrılmanı. Nərmin onu belə anında qoyub qaçmamalıydı. Ona ehtiyacı, gərəyi olduğu halda ən ağır zərbəni də məhz ondan aldı
Resim
PAOLO COELHO SON KİTABİ  "ALDATMAK"LA OXUCULARİNİ ALDATDİ        Bir vaxtlar P.Coelho bumu yaşanırdı. Metroda həmən hər kəsin əlində rüsca, türkcə P.Coelho kitabları olardı. kitab dükanlarında ən çox satılan kitablar da məhz ona məxsus idi. Metrolarda, Tarqovidə köhnə kitab pasajında ön vitrinlərə ancaq onun kitabları düzülürdü. Online kitab site-larında flash olaraq onun kitabları önə çəkilirdi.           Mən P.Colehonu qanundan kənar çıxmadan hər kəs kimi "Kimyagər" lə tanıdım və sevdim. Ondan sonra mənim kitabxanam müəllifin bütün kitabları ilə doldu. Elə bir kitabı qalmadı ki, oxumayam. Kitablarını oxuduqca sarı liner - lə özəl və gözəl cümlələri seçirdim. Zövq ala - ala oxuyurdum, zövq alaraq kitabı yaşayırdım. Sonr oxuduğum kitabı "Əlif" kitabı oldu. Hardasa 24 yaşım var idi. Və kitab məndə digər P.Coelho kitabları kimi dimedirol effelti vermişdi. Hətta reenkarnasiya haqqında geniş araşdırma da aparmışdım. Ondan sonra yazıçı da ara verdi.
Resim
ƏDƏBİYYAT BRENDİ MURAKAMİNİN NOBEL  ALA BİLMƏMƏSİNİ NƏHAYƏT ANLADIM Hər ilin noyabr ayı (yanılmırmsa belə olmalıdır) Nobel ayı kimi bütün dünyada müzakirələrə səbəb olur. Əsas müzakirə edilən nominasiya isə Sülh mükafatı və Ədəbiyyat üzrə olan mükafatlandırmadır. Buna səbəb hər iki nominasiyanın olduqca siyasi rənglər almasıdır, mükafatlandırmadan öncə və sonra da uzun müddət bu ypndə siyasi manipulyasiyalar bitmir.  Yadıma gələni son beş ildə hər il namizəd kimi göstərilən, hər dəfəsində də bukmeykerlərdə ən real namizəd kimi göstərilən Murakami bəhsi sevənlərin pulunu batırmaqdadır. Hər dəfəsində də Umberto Econun və Murakaminin əksinə heç də dünyaca, ən azından bu iksi qədər adı bilinməyən yazıçılar bu ali mükafata layiq görülürlər. Hər dəfəsində də niyə bu iksinin bu mükafata ayiq görülmədiyini anlamış deyildim. Ən son Murakaminin yaradıcılığını incələdikdə heç olmasa bu iki namizəddən birinin niyə Nobel mükafatı almadığını nəhayət çözmüş oldum. 
Resim
Umberto Eco: "Kraliçe Loanin sehirli alovu"  romani üzərinə cəhd "Mən oxucunu əyləndirmək istərdim. Oxucuya ən azından özümün əyləndiyim qədər əyləncə bəxş edərdim." - özünün təbirincə desəm Umberto Eko yazdığı əsərlərlə informasiya, məlumat, tarix, fəlsəfə yükü ilə oxucunu yormaqdansa əyləndirməyi bacaran olduqca dahi yazıçıdır. Mən Yazının müəllifi olduğu ilk romanı "Qızıl gülün adı" romanını oxuduqdan sonra yazıçının yaradıcılığının izləyicisinə, fanatına (bu södən acıım gəlir, adətən bu sözü şou biznes camiəsində işlədirlər, ədəbiyyatla nə dərəcədə əlaqəsi var ya yox, ancaq, indki anda bunun alternativini sadəcə tapmadım) çevrildim. İri əcmli olmasına baxayaraq çox qısa zamanda həyəcan və olduqca maraqla oxuduğum bu kitabdan sonra uzun müddət oxuduğum kitablardan həzz ala bilmədim. Mənə görə hər kəs ən azı Umberto Eko qədər yazmalıdır ki, mən onu oxuya bilim. Bu kitabdan sonra mənim üçün Palo Coelho dönəmi başa çatmışdı. İstəsəm də İslam və şər