Umberto Eco: "Kraliçe Loanin sehirli alovu"

 romani üzərinə cəhd


"Mən oxucunu əyləndirmək istərdim. Oxucuya ən azından özümün əyləndiyim qədər əyləncə bəxş edərdim." - özünün təbirincə desəm Umberto Eko yazdığı əsərlərlə informasiya, məlumat, tarix, fəlsəfə yükü ilə oxucunu yormaqdansa əyləndirməyi bacaran olduqca dahi yazıçıdır. Mən Yazının müəllifi olduğu ilk romanı "Qızıl gülün adı" romanını oxuduqdan sonra yazıçının yaradıcılığının izləyicisinə, fanatına (bu södən acıım gəlir, adətən bu sözü şou biznes camiəsində işlədirlər, ədəbiyyatla nə dərəcədə əlaqəsi var ya yox, ancaq, indki anda bunun alternativini sadəcə tapmadım) çevrildim. İri əcmli olmasına baxayaraq çox qısa zamanda həyəcan və olduqca maraqla oxuduğum bu kitabdan sonra uzun müddət oxuduğum kitablardan həzz ala bilmədim. Mənə görə hər kəs ən azı Umberto Eko qədər yazmalıdır ki, mən onu oxuya bilim. Bu kitabdan sonra mənim üçün Palo Coelho dönəmi başa çatmışdı. İstəsəm də İslam və şərq ədəbiyyatından oğurlanmış ideyalarla bəzənən Paolo əsərləri mənə olduqca çiy gəlməyə başladı. "Qızıl gülün adı" romanını həm də ona görə sevmişdim ki, son dönəmlərədə ən uğurlu tərcümə nümunələrindən biridir. Dilimizə bərbad tərcümələrdən sonra bu kitabı alıb azəricə oxumağa qorxurdum əslindı. Türkcə cəhd etdim oxuya bilmədim, ondansa italyanca oxuyuram deyib bir qırağa qoymuşdum. Ruscam da o dərəcədə deyil, təəssüf ki. Nəysə ki, tərcümə edilib satışa çıxdığı ilk gündəcə kitabı alıb oxumağa başladım. Mənə elə gəldi ki, Umberto Eko bu romanını azəricə yazıb.
Daha sonra bir birinin ardınca "Fukonun kəpkiri", "Öncəki günün adası", "Somon balığı ilə yolculuq" kimi kitablarını, esselərini oxudum. Bir müddət sonra kitabxaalarda Eko qıtlığı yaşandı. Nəhayət bu yaxınlarda Müəllifin "Kraliça Loanın gizemli alevi" kitabını (türkçə tərcümədə) tapdım, tərəddütsüz alıb, elə yoldaca (metroda) oxumağa başladım.
Yazıçının ən böyük sirri ilk cümlədən oxucunu əyləncəyə çəkə bilməsidir. Əyləncə ilə düşünməyi bir yerdə cəmləyən dahi yazıçının bu əsəri keçmiş zamana bir yolçuluqdur. Bu roman roman janrının sərhədlərini aşan, onun imkanlarını geridə qoyan bir əsərdir. Sanki komiks oxuyursan. Qəhrəmanın diliylə yazıçının məharəti ilə İtaliyanın ikinci dünya müharibəsindəki zamanına gedirsən, sən də o günləri, o anları, Mussalinini canlı şəkildə görüb,  olayların canlı şahidi olursan.
Əsərin qəhrəmanı qəza sonrası yaddaşını itirir (klassik  və işlənmiş tema), müalicdən sonra sevdiyi həyat yoldaşı ona doğulub boya başa çatdığı kəndinə getməsini, xatirələrin, kəndin qoxusunun, evin tarix dolu divarları, uşaqlıqdan evlərində qulluqçu işləyən qadının ləzzətli yeməkləri ondakı yaddaş itkisini bərpa edəcəyini deyir. Yenə də işlənmiş klassik bir çıxış yolu. 
Klassik olmayansa bundan sonra başlayır. Postmodernizmin bariz nümunəsi olan bu kitab söz oyunları ilə zəngin bir əyləncə kitabıdır. Kitabı kitablarla anladan yeganə romandır dünyada desəm yanılmaram. Qəhrəmanımız doğulduğu evə gedir və uşaqkən oxuyub böyüdüyü kitabları səhifələyir, onlarla yenidən uşaqlığına, ailəsinin keçmişinı, ikinci dünya müharibəsinə, sevdiyi qızlara, dostlarına "qayıdır".


  Şiddətlə tövsiyə edirəm. Sözün gərçək ənasında oxumaq, oxuyarkən əylənmək, oxuyarkən yorulmamaq, dincəlmək istəyirsinizsə Eko klassiki olan bu əsəri mütləq oxumalısınız. Bu kitab haqqında uzun uzadı danışmaq, yazmaq olar. Ancaq bütün bunlar məncə elə cəhd olaraq da qalar. Umberto Ekodan sonra onun yazdıqları haqqında söz spyləmək, rəy bildirmək boşuna cəhddın savayı bir şey deyil. 

Yorumlar